“TurAz Qartalı-2022” təlimində növbəti uçuşlar icra olunub- FOTO

Ölkəmizdə keçirilən “TurAz Qartalı-2022” birgə taktiki-uçuş təliminin planına uyğun olaraq növbəti təlim-məşq uçuşları icra olunub.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Senariyə əsasən şərti düşmənin hava hücumundan müdafiə vasitələrindən yayınma və yerüstü hədəflərinə havadan zərbə endirmə tapşırıqları hərbi pilotlar tərəfindən uğurla yerinə yetirilib.
Birgə taktiki-uçuş təlimi davam edir.

Əvvəlki məqalə

Baş Qərargah rəisi Quru Qoşunlarında olub, xidməti müşavirə keçirib

Sonrakı məqalə

DYP sürücülərə müraciət edib