Türk Şurasının nümayəndə heyətinin Gəncəyə səfəri başlayıb

11 Aprel 2021 - 15:51

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) üzv dövlətlərin nümayəndə heyətlərinin üzvlərinin Gəncəyə  səfəri başlayıb.

Səfərdə Türk Şurasına üzv dövlətlərin informasiya və media üzrə məsul nazirləri və yüksək vəzifəli rəsmiləri iştirak edirlər.

Nümayəndə heyətləri 44 gün davam edən Vətən müharibəsi dövründə  Ermənistan ordusu  tərəfindən Gəncə şəhərində əhalinin sıx yaşadığı əraziyə atılan ballistik raketlər nəticəsində dağılan binalarla tanış olacaqlar.

Qeyd edək ki, nümayəndə heyətinin üzvləri bu gün Ağdam rayonuna səfər ediblər, ermənilərin Ağdam şəhərində törətdikləri dağıntı və vandalizmi öz gözləri ilə görüblər.