Türk Şurasının nümayəndə heyəti Ağdam Cümə məscidini ziyarət edib –YENİLƏNİB (FOTO)

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) üzv dövlətlərin nümayəndə heyətlərinin üzvlərinin Ağdama səfərləri davam edir. 

Türk Şurasına üzv dövlətlərin nümayəndə heyətlərinin üzvləri Ağdam şəhər Cümə məscidini ziyarət ediblər.

Nümayəndə heyətlərinin üzvləri ermənilərin məsciddə törətdikləri vandallığın şahidi olublar. (APA)

**

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) üzv dövlətlərin nümayəndə heyətləri Ağdamda İmarət qəbiristanlığını ziyarət ediblər.

Nümayəndə heyətlərinin üzvləri Xurşud Banu Nətavanın qəbrini ziyarət ediblər.

 

**

Bu gün Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv olan ölkələrin nümayəndə heyətlərinin Ağdama və Gəncə şəhərinə səfərləri təşkil olunacaq.

Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib. H.Hacıyev deyib ki, nümayəndə heyətləri Ağdamda ermənivandalizminin nəticələrini bilavasitə öz gözləri ilə görəcəklər: “Daha sonra Gəncə şəhərinə səfər edəcəyik. Nümayəndə heyətləri Ermənistanın Vətən müharibəsi dövründə Gəncə şərinə ballistik raketlərlə zərbə endirməsi nəticəsində mülki insanların ölümü və dağıntılara səbəb olmuş reallıqları yerində görəcəklər”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Qırğızıstanda konstitusiyanın dəyişdirilməsi üzrə referendum keçirilir

Sonrakı məqalə

Sabaha olan hava proqnozu