Yunanıstanın Saloniki şəhərindəki Türkiyə konsulluğunun diplomatlarından birinin avtomobili yandırılıb. Yanğın dekabrın 23-də səhər saatlarında olub. Bildirilib ki, avtomobil arxa təkərlərinə şam yerləşdirilərək yandırılıb. Yanğınsöndürənlərin müdaxiləsi nəticəsində alov başqa avtomobillərə keçməyib. Yerli polis hadisə ilə bağlı araşdırma aparır. Yanğının törədənin kimliyi məlum deyil(report)