"Türkiyədə yaşayan 11 azərbaycanlı koronavirusuna yoluxub".  Bunu "Report"un yerli bürosuna Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim deyib. Onun sözlərinə görə, koronavirusa yoluxan həmvətənlərimizdən 6-sı sağalaraq xəstəxanadan evə buraxılıb: "Hazırda digər 5 nəfərin müalicəsi hələ də davam edir. Onların vəziyyəti sabitdir". X.İbrahim səfirlik işçilərinin mütəmadi olaraq onlarla əlaqə saxladığını və bütün lazımı dəstəyi verdiyini deyib.