Türkiyədə koronavirus infeksiyasına yoluxma nəticəsində ölənlərin sayı 4-ə çatıb. Bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca açıqlamasında bildirib. Nazir qeyd edib ki, son 24 saatda 1981 nəfərin analiz nəticələrində 191-nin cavabı pozitiv çıxıb. Bununla da Türkiyədə koronavirusa yoluxanların sayı 359-a çatıb.