Türkiyənin Şırnak şəhərinin İdil qəsəbəsində bomba partlayıb. APA-nın “AA"ya istinadən verdiyi xəbərə görə, PKK terrorçuları tərəfindən yerləşdirilmiş bombanın partlaması nəticəsində 2 nəfər ölüb , 7 nəfər yaralanıb. Hadisə təhlükəsizlik qüvvələri bombanı zərərsizləşdirməyə çalışarkən baş verib. Verilən rəsmi məlumatlara görə, şəhərdə terrorla mübarizəyə qarşı əməliyyatlar davam etdirilir.