Türkiyə Mərkəzi Bankı iki ildən sonra ilk dəfə faiz dərəcələrini artırdı

Türkiyə Mərkəzi Bankı iki ildən sonra ilk dəfə faiz dərəcəsini artırıb.

Azpost.info RİA-ya istinadən bildirir ki, Mərkəzi Bank əsas faiz dərəcəsini 8,5%-dən 15%-ə qaldırıb.

Son dəfə Türkiyə Mərkəzi Bankı 2021-ci ilin martında əsas uçot dərəcəsini 17%-dən 19%-ə qaldırmışdı.

“Uçot dərəcəsinin 15%-ə qaldırılması barədə qərar qəbul edilib”, – məlumatda deyilir.

Bu, MB yeni başçısı, bu vəzifədə ilk qadın olan Hafize Qaye Erkanın məzənnə ilə bağlı ilk qərarıdır.

Analitiklər daha kəskin artım gözləyirdi.

Türkiyədə may ayında illik inflyasiya 39,6% təşkil edib.

Əvvəlki məqalə

Qazaxıstan neftinin Azərbaycan ərazisindən tranzitinə dair Memorandum imzalanıb

Sonrakı məqalə

Neft Fondunun 2023-cü il büdcəsinin gəlir və xərcləri artırılıb –