Türkiyə Qara dənizdə qaz yatağı kəşf edib

21 Avqust 2020 - 09:50

Türkiyə Qara dənizdə 20 il ehtiyaclarını ödəyə biləcək təbii qaz yatağı kəşf edib.

“APA-Economics”in “Reuters”ə istinadən verdiyi məlumata görə, “Tuna 1” yatağının ehtiyatlar 800 mlrd. kubmetr həcmində qiymətləndirilir. Bu, Türkiyənin təxminən 20 il qaz ehtiyacını ödəyəcək.

Qeyd edək ki, cari ilin iyulun sonundan etibarən “Fatih” qazma gəmisi Türkiyənin Qara dəniz sahillərindən şimalda yerləşən “Tuna 1” kəşfiyyat zonasında işləyir.

Qaz hasilatının başlanması 7-10 il çəkə bilər ki, bunun üçün təxminən 2-3 mlrd. ABŞ dolları həcmində investisiya lazım olacaq.