“Ukrayna xalqı öz ərazi bütövlüyünü bərpa etmək üçün 500 günə yaxın müddətdə mübarizə aparmağa davam edir”.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda Ukrayna Prezidenti Vladimir Zelenski ilə birgə mətbuat konfransı zamanı bildirib.
O bildirib ki, Türkiyə Ukrayna ərazilərinin işğalını qəbul etmir: “Biz müharibənin müzakirə yolu ilə bitməsi üçün ən çox səy göstərən ölkə olduq”.
Ərdoğan Ukraynanın NATO-ya üzv olmağa haqqı çatdığını da qeyd edib.