Türkiyə Ukraynada “Bayraktar” PUA-ları istehsal edəcək

24 Oktyabr 2020 - 13:52

Türkiyə Ukraynada “Bayrakdar” PUA-larını istehsal edəcək.

Azpost.info bildirir ki, bu barədə Ukrayna Baş nazirinin müavini Oleq Uruskiy məlumat verib.

Ukrayna Türkiyənin “Bayrakdar” şirkəti ilə imzaladığı saziş çərçivəsində istehsal edəcəyi pilotusz aparatlar üçün müəssisə tikmək üçün uyğun ərazi müəyyənləşdirir.

“Türkiyə investisiya qoymağa hazırdır. Onlar bizdən müssisə tikmək üçün tələblərə uyğun gələcək sahə istəyiblər”.

Baş nazirin müavini qeyd edib ki, “Bayraktar”ın müəssisələrində ukraynalı mühəndislər çalışacaq. Müəssisə PUA-ların satışı üçün hüquq əldə edəcək.