Türkiyədə Rusiya qazının Avropaya tədarükü üçün nəzərdə tutulan qaz qovşağının yaradılması dayandırılıb.
Azpost.info bildirir ki, Bu barədə Reuters xəbər verir.
Tərəflər arasında qaz qovşağının idarəçiliyi barədə fikir ayrılığı yaranıb. Rusiya və Türkiyə qovşağın kimin idarə etməli olduğu ilə bağlı razılığa gələ bilməyib.
“Kommersant” xəbər verir ki, “Qazprom”a yaxın olan digər mənbə idarəetmə məsələlərində problemin olduğunu etiraf edib.
Putin qaz qovşağının yaradılmasını 2022-ci ilin oktyabrında təklif edib. 2023-cü il sentyabrın 4-də Soçidə Türkiyə prezidenti Rəcəb Ərdoğan ilə görüşdən sonra Putin bildirib ki, Qazprom Türkiyənin Botaş şirkətinə qarşıdan gələn tikinti üçün “yol xəritəsi” təqdim edib.
Hazırda Rusiya qazı “Mavi axın” və “Türk axını” vasitəsilə həyata keçirir. “Türk axını” ilə qaz daha sonra Cənubi və Şərqi Avropaya ixrac edilir.
Azpost.info