Türkiyənin məşhur pop müğənnisi Metin Arolat dünyasını dəyişib.
Azpost.info xəbər verir ki, sənətçinin vəziyyəti səhnədə pisləşib.
İstanbuldakı otellərdən birində konsert verən Arolat mahnı oxuyarkən halı pisləşib və yıxılıb. O, xəstəxanaya aparılsa da, həyatını xilas etmık mümkün olmayıb.
52 yaşlı Arolatın qəfil ölümü silə bağlı sənət dostu Demet Sağıroğlu məlumat verib: “Yenə pəhrizdə idi. Bizdə bu ölüm pəhrizləri var… Görünür, ürəyi tap gətirmədi”.
Arolatın meneceri Halil Yıldırım da sənətçinin ölümü ilə bağlı açıqlama verib: “Mən Antaliyada idim. Səhnədə infarkt keçirdi. Dərhal xəstəxanaya apardılar, xilas etmək mümkün olmadı. Çox təəssüf edirik. Sevənlərinə başsağlığı verirəm”.
Metin Arolat 28 may 1972-ci ildə İzmirdə anadan olub. İzmir Dokuz Eylül Universitetinin İqtisadiyyat və inzibati elmlər fakültəsinin Biznesin idarə edilməsi fakültəsini bitirib.Anası çərkəz, atası İstanbuldandır.
Atası “Türk Hava Yolları”nın loqosunu hazırlayan şəxsdir. Ata tərəfdən ulu babası Həsən İzzət Paşa, babası isə məşhur türk şairi Əli Mümtaz Arolatdır.
Azpost.info