Türkiyənin yeni səfiri bu gün Azərbaycana gəlir

19 Aprel 2021 - 11:05

Türkiyənin yeni təyin olunmuş səfiri Cahid Bağçı bu gün Azərbaycana gəlir.

APA-nın xəbərinə görə, bu barədə yeni səfir “Twitter” hesabında paylaşım edib.

“Yeni bir vəzifə üçün səfərdəyik. Allah yolumuzu və işimizi yaxşı, məhsuldar və asan etsin, gücümüzü artırsın və köməkçimiz olsun”, – deyə diplomat yazıb.

Qeyd edək ki, C. Bağçı bu vəzifədə Erkan Özoralı əvəz edəcək.