Türkiyədə “Altılı masa” dağıldı, Akşener birliyi tərk etdi –Vahid namizədin adı məlum oldu

Türkiyədə İYİ Partinin sədri Meral Akşener müxalifətin seçkilərdə vahid namizəd üçün yaratdıqları “Altılı masa”nı tərk etdiyini bəyan edib. 

Azpost.info bildirir ki, Akşener bununla bağlı bəyanat verib.

O, namizədlərinin Ekrem İmamoğlu və Mansur Yavaş olduğunu bildirib.

“Ötən il ölkənin gələcəyini düşünərək mühüm addım atdıq. Dünənki toplantıda Prezidentliyə vahid namizədin kim olacağını müzakirə etdik. 5 siyasi partiya CHP sədri Kılıcdaroğlunun namizədliyini bəyan etdilər.

Biz Ərdoğana qarşı ola biləcək iki namizədin adını açıqladıq. Bunar Mansur Yavaş və Ekrem İmamoğludur. Təəssüf ki, bu təklifimiz rədd edildi. “Altılı masa” bu qənaətə gəldi. Təəssüf ki, olmadı”-deyə Meral Akşener bəyan edib.

 

Əvvəlki məqalə

Prezident İlham Əliyev Yunanıstan dövlət başçısına başsağlığı verib

Sonrakı məqalə

Azərbaycanda daha 20 nəfər COVID-19-a yoluxub, 4 nəfər vəfat edib