Türkiyədə dağıntılar altından azərbaycanlı tələbə bacılar xilas edildi

Türkiyənin zəlzələ baş vermiş Kahramanmaraş bölgəsində iki azərbaycanlı tələbə dağıntılar altından xilas edilib.

Bu barədə Türkiyədə yaşayan azərbaycanlı jurnalist, İstanbuldakı sabiq baş konsul İbrahim Nəbioğlu bildirib.

Onun sözlərinə görə, xilas edilən tələbələr bacıdırlar – Gülşən və Jalə Cəfərovalar.

Qızların vəziyyətinin orta-ağır olduğu bildirilir.

Əvvəlki məqalə

“Qərb dövlət çevrilişi üçün xaricdəki Belarus müxalifətini maliyyələşdirmək istəyir”

Sonrakı məqalə

Türkiyədəki zəlzələ ilə bağlı Azərbaycan XİN-də Operativ Qərargah yaradılıb