Türkiyədə müxalifət prezidentliyə vahid namizədi müəyyən etdi –BƏYANAT

Türkiyədə müxalifət partiyalarının “Altılı masa”sı prezidentliyə vahid namizədi bu gün müəyyənləşdirib. 

Azpost.info bildirir ki, bununla bağlı “Altılı masa”da iştirak edən siyasi partiyalar bəyanat imzalayıb.

Partiya sədrlərinin imzaladığı sənəddə deyilir ki, “Millət İttifaqı”nda birləşən partiyalar  prezident seçkilərində vahid namizədlə iştirak edəcək.

“Vahid namizəd və “yol xəritəsi” mövzusunda ortaq rəyə gəldik. Sədrlər partiya rəsmilərini məlumatlandırdıqdan sonra 6 mart tarixində vahid namizədin adı açıqlanacaq. Bununla bağlı “altılı masa” Səadət Partiyasının qərargahında yenidən bir araya gələcək”deyə Bəyanatda vurğulanır.

 

Əvvəlki məqalə

Azərbaycan səfiri etimadnaməsinin surətini İsrail XİN-ə təqdim edib

Sonrakı məqalə

Mədəniyyət naziri vəzifəsini icra edən AYB-yə gəldi, yazıçılarla görüşdü –