“Türkiyənin yolunu açın!”- Ərdoğan İsveçin NATO-ya üzvlüyü üçün yeni şərt qoydu

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsveçin NATO-ya daxil olması üçün yeni şərt irəli sürüb.

Azpost.info xəbər verir ki, “Reuters”in məlumatına görə, Ərdoğan Türkiyənin Avropa İttifaqına yolunu açmağı tələb edib.

“Mən Türkiyəni 50 ildən artıqdır ki, Avropa İttifaqının qapısında gözlətdirən ölkələrə müraciət edirəm. Birincisi, Türkiyənin Aİ-yə yolunu açın, sonra Finlandiya üçün etdiyimiz kimi İsveçin də NATO-ya yolunu açacağıq”, – Türkiyə prezidenti deyib.

Ərdoğan şərtini NATO-nun Vilnüs sammitinə bir neçə saat qalmış açıqlayıb. O, İsveçin Baş naziri Ulf Kristersson və NATO Baş katibi Yens Stoltenberqlə görüşdə eyni mövqeyi ifadə edəcəyini deyib.

Qeyd edək ki, NATO-nun sammiti sabah Vilnüsdə işinə başlayacaq və iki gün davam edəcək.

Azpost.info

Əvvəlki məqalə

Şeyx Vatikan rəhbərlərini dini liderlərin 3-cü Bakı sammitinə dəvət edib

Sonrakı məqalə

ABŞ prezidenti Bayden Litvaya gəlib