Türkiyədə zəlzələdə ölənlərin sayı 40 min keçdi- Sabahdan axtarış-xilasetmə işləri dayandırılır

Türkiyədəki dağıdıcı zəlzələdə ölənlərin sayı 40 642 nəfərə çatıb.

Azpost.info xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.

AFAD rəhbəri Yunus Sezər sabahdan etibarən axtarış-xilasetmə işlərinin dayandırılacağını bildirib.

Onun sözlərinə görə, zəlzələ zonasından 430 mindən çox insan təxliyə edilib və dəymiş ziyanın qiymətləndirilməsi işlərinin 50 faizi tamamlanıb.

Azpost.info

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.