Türkyənin müdafiə naziri Prezidentin köməkçisi Xalid Əhədovu qəbul edib

Türkiyənin milli müdafiə naziri Yaşar Gülər   Azərbaycan prezidentinin sosial-iqtisadi məsələlər üzrə köməkçisi Xalid Əhədovla görüşüb.

Türkiyə Müdafiə Nazirliyinin məlumatına görə, görüş Xalid Əhədovun Türkiyəyə səfəri çərçivəsində baş tutub.

“Türkiyə Silahlı Qüvvələri öz hərbi bilik və təcrübəsini Azərbaycan Silahlı Qüvvələrilə bölüşür və biz bundan sonra da bunu davam etdirəcəyik”, – Gülər deyib.

“Biz bütün gücümüzü əlaqələrimizin inkişafına sərf edirik. Biz bundan sonra da azərbaycanlı qardaşlarımızı dəstəkləyəcəyik və bir olacağıq. Hər zaman Azərbaycanın yanındayıq”, – Yaşar Gülər qeyd edib.

Əvvəlki məqalə

Bayden Azərbaycana yeni səfirin namizədliyini təsdqiləyib –

Sonrakı məqalə

Erməni silahlı dəstələri Füzuli-Bakı sərnişin təyyarəsinə qarşı radiomaneə tətbiq edib