Ukrayna Ali Radasının deputatı Valeri Davidenkonun kabinetində cəsədi aşkarlanıb. APA newsua.ru-ya istinadən xəbər verir ki, bu barədə deputatın sosial şəbəkədəki şəxsi səhifəsində bildirilib. Qeyd edilib ki, deputat Davidenko Valeri Nikolaeviçin kabinetində meyiti tapılıb: “Hadisə araşdırılır. Təxminən bir saat əvvəl Davidenkonun cəsədi xadimə qadın tərəfindən aşkar edilib”. Onun güllə yarasında dünyasını dəyişdiyi bildirilir. Davidenko 16 mart 1973-cü ildə anadan olub. Əvvəllər Petro Poroşenkonun blokunda təmsil olunurdu.