Ukrayna Rusiyanın neft bazasına dronlarla zərbə endirib, yanğın başlayıb- FOTO

Ukraynaya məxsus pilotsuz təyyarələr Volqoqrad vilayətinə hücum edib.

Azpost.info xəbər verir ki, bu barədə qubernator Andrey Boçarov bildirib.

Onun sözlərinə görə, Frolovo şəhərindəki elektrik yarımstansiyası və Kalaç-on-Don şəhərindəki neft bazası hücuma məruz qalıb.

“Hava hücumundan müdafiə qüvvələri və elektron döyüş sistemləri pilotsuz təyyarələrin qarşısını alıb, lakin dron qalıqları yanğınlara səbəb olub. Yarımstansiyada baş verən yanğın tez bir zamanda söndürülüb, elektrik enerjisinin verilişi dayandırılmayıb. Neft bazasında yanğın baş verən ərazidə rayonun yanğından mühafizə xidməti və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları işləyirlər”, – qubernator deyib.

“Shot” Teleqram kanalının məlumatına görə, Kalach-on-Donda təxminən 10 partlayış baş verib.

“Mash”ın məlumatına görə, neft bazasına ən azı beş PUA hücum edib. Hadisə şahidlərinin sözlərinə görə, onlar bir-birinin ardınca uçublar. Neft bazası ilı yanaşı çörək zavodunda da yanğın baş verib.

Azpost.info

 

Əvvəlki məqalə

Moskvaya gələn Hindistan Baş naziri Putinlə nələri müzakirə edəcək?

Sonrakı məqalə

Şuşada yeni sutəmizləyici qurğu inşa ediləcək