“Ukrayna Rusiyanın şərtlərini yerinə yetirərsə, günün sonuna qədər bütün hərbi əməliyyatları dayandıra bilər”.
Azpost.info xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov Ukrayna prezidenti Vladimir Zelenskinin qışa qədər Rusiya ilə silahlı münaqişəyə son qoymaq istədiyinə dair açıqlamasını şərh edərkən deyib.
“Ukrayna tərəfi bu günün sonuna qədər hər şeyi dayandıra bilər. Bizə millətçi birləşmələrin, Ukrayna hərbçilərinin silahı yerə qoyması əmri lazımdır. Rusiyanın şərtlərini yerinə yetirməlidirlər”, – Peskov bildirib.
O iddia edir ki, hərbi əməliyyat plan üzrə gedir və məqsədlərinə çatır.
Azpost.info