Ukraynada 25 futbolçuya eyni gündə çağırış vərəqəsi verilib

Kiyevin “Obolon” futbol klubunun 25 futbolçusu eyni gündə hərbi xidmətə çağırış vərəqəsi alıb.

Bunu “TaToTake” televiziya proqramının aparıcısı Mixail Spivakovski efirdə deyib.

Jurnalistin sözlərinə görə, bu həftə Ukrayna Premyer Liqasında çıxış edən “Obolon” komandasının oyunçularına ərazi komplektləşdirmə mərkəzlərindən (keçmiş hərbi komissarlıq – red.) çağırış gəlib.

Bu mövsüm komanda Ukrayna çempionatında 13-cü yerdədir. (APA)

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.