“Ukraynada sülh Putinin görmək istədiyi kimi olmayacaq” –Kansler Şolts

“Ukraynada sülh Rusiya prezidenti Vladimir Putinin görmək istədiyi şəkildə olmayacaq”.

Azpost.info xəbər verir ki, “Spiegel” bunu Almaniya kansleri Olaf Şoltsa istinadən yazıb.

Kansler bildirib ki, Ukraynaya gələcəkdə özünü müdafiə etməyə imkan verəcək sülh müqaviləsi lazımdır. Şoltsun sözlərinə görə, Almaniya Ukraynanın təhlükəsizliyinin qarantı olmağa hazırdır və bunun üçün lazım olan hər şeyi edəcək: “Hazırda ən vacibi Ukraynada atəşi dayandırmaq və Rusiya qoşunlarını ölkədən çıxarmaqdır. Biz Ukraynanın təhlükəsizliyini təmin etmək üçün lazım olan hər şeyi edəcəyik”.

Azpost.info

Əvvəlki məqalə

ABŞ Rusiyanın dondurulmuş 300 milyardını Ukraynaya verməyi düşünür –

Sonrakı məqalə

Zəfər Qurultayında diasporun vəzifələri müzakirə edilib