Ürək döyüntülərinin sayı ömrün uzunluğuna necə təsir edir?- Çinli professor AÇIQLADI

Çin Tibb və Farmakologiya Universitetinin professoru Ven Tsiban nəbz vurğularının ideal sayını müəyyən etmək üçün 2 milyona yaxın tibbi müayinə məlumatlarına əsaslanan araşdırma aparıb.

Azpost.info xəbər verir ki, alim nəticələri təhlil edəndən sonra müəyyən edib ki, ən yaxşı göstərici dəqiqədə təxminən 60 döyüntüdür.

Dəqiqədə 60-dan yuxarı olan döyüntü ömür uzunluğunu təxminən 4 ay azaldır. Nəbz atışı dəqiqədə 80-90 olan insanlar orta hesabla 5 il az, dəqiqədə 100-dən çox ürək döyüntüləri olanlar isə təxminən 13 il az yaşayırlar.

Uzun müddətdən bəri nəbz atışının sayı dəqiqədə 50-dən azdırsa, (peşəkar idmançılar istisna olmaqla), bu, müxtəlif patologiyaların mövcudluğuna şübhəni göstərir. Ağır hallarda kardiostimulyator tələb olunur.

Azpost.info

 

Əvvəlki məqalə

Milli Təhlükəsizlik Xidməti Seyran Ohanyanı dindirib

Sonrakı məqalə

Qırğızıstanın eks-prezidenti Almazbek Atambayev həbsdən azad edilib