Uşaqların ailə ilə söhbətləri onların riyaziyyat göstəricilərinə təsir göstərir- NAZİR

Azərbaycanda təhsilin yaxşı olub-olmadığını anlamaq üçün müqayisə aparmaq lazımdır.

Bu barədə elm və təhsil naziri Emin Əmrullayev PİSA üzrə II ISESCO Nazirlər Konfrasının açılış mərasimində çıxışı zamanı deyib.

Nazir qeyd edib ki, cəmiyyətin təhsilin keyfiyyəti barədə düşünməsi əsas məsələlərdən biridir.

“Qarşımızda mürəkkəb vəzifələr durur. Biz təhsili necə daha yaxşı yerə gətirə bilərik? PİSA (Tələbələrin Qiymətləndirilməsi üzrə Beynəlxalq Proqram) nəticələri bizim üçün əsas hədəf və elementlərdir. Biz başa düşürük ki, uşaqların ailə ilə söhbətləri də onların riyaziyyat göstəricilərinə təsir göstərir. Lakin bizim tək problemimiz uşaqların günorta və ya axşam valideynləri ilə söhbət deyil. Bu sadəcə bir misaldır.

Kiçik görünə bilər, amma bütün bu kiçik elementlərdən istifadə etsək, təhsildə yaxşı yerlərə gəlib çata bilərik”,- deyə nazir bildirib.

Qeyd edək ki, PISA üzrə II İSESCO Nazirlər Konfransı keçirilir.

Elm və Təhsil Nazirliyi və Təhsil İnstitutunun təşkilatçılığı, İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ISESCO) və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) tərəfdaşlığı ilə keçirilən beynəlxalq konfrans “PISA 2022 nəticələrinə dair icmal: qlobal və regional trendlər” mövzusuna həsr olunub.

Konfransa Özbəkistan, Qazaxıstan, Səudiyyə Ərəbistanı, Qətər, Misir, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn Krallığı, Latviya, Nigeriya, Malayziya, Mərakeş, Bruney-Darüssəlam, Livan, Oman Sultanlığı, Qambiya və digər ölkələrdən 40-dan çox nümayəndə qatılıb(trend).

Əvvəlki məqalə

ABŞ dövlət katibi İsrailin müdafiə naziri ilə telefonla danışıb

Sonrakı məqalə

Azərbaycanda saatlıq minimum əməkhaqqı ilə bağlı təkliflər hazırlanır