Üzeyir Hacıbəyovun xalası nəvəsi, professor Telman Ağdamski vəfat edib-FOTO

Azərbaycanın tanınmış alimi, kimya elmləri doktoru, Azərbaycan Respublikasının əməkdar müəllimi Telman Əhməd oğlu Ağdamski bu gün səhər saatlarında vəfat edib.

Bu barədə onun qohumları məlumat veriblər. Bildirilib ki o, uzun sürən xəstəlikdən sonra bu gün dünyasını dəyişib.

Telman Ağdamski (Bədəlbəyli) 6 avqust 1936–cı ildə Ağdaşda anadan olub.

T.Ağdamski ADU-nun kimya fakültəsində təhsil alıb.  “Dehidrogenləşmə və polimerləşmə reaksiyalarında xrom-alüminium katalizatorunda nadir torpaq elementlərinin və əlaqələndiricilərin tədqiqi” mövzusunda namizədlik dissertasiyası müdafiə edib (1965). APİ-nin Analitik və fiziki kimya kafedrasında dosent (1967), Kimya fakültəsinin dekanı (1972-1981 illər) vəzifələrində işləyib. “İkivalentli nadir – torpaq elementlərinin tsiklopentadienil (arenil) metalkarbonilte-trahidrofuranat komplekslərinin sintezi, quruluşu və katalitik xassələri” mövzusunda dissertasiyasına görə kimya elmləri doktoru alimlik dərəcəsi alıb (1992). “Fiziki kimya” ixtisası üzrə professordur (1995).

18 aprel 2012-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanın Əməkdar müəllimi fəxri adına layıq görülmüşdü.

Qeyd edək ki, Telman Ağdamski Azərbaycanın opera müğənnisi, əməkdar incəsənət xadimi Əhməd Ağdamskinin oğludur.

Əhməd Ağdamski  inqilabdan əvvəlki Azərbaycan opera və musiqili komediya teatrı səhnələrində ilk dəfə qadın rollarının ifaçısı kimi tanınıb. O, korifey bəstəkarımız Üzeyir Hacıbəyovun xalası oğludur. “Leyli və Məcnun” operasında Leyli rolunda çıxış edən xanəndə olub.

Allah rəhmət eləsin!

Paylaş

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.