ABŞ-ın vitse-prezidenti JD Vensin sabah İslamabada gələcəyi gözlənilir.
Apost.info bildirir ki, bu barədə “Əl-Cəzirə” telekanalı vasitəçilərə yaxın mənbələrə istinadən xəbər verir.
Vensin axşam saatlarında (Pakistan vaxtı ilə) Vaşinqtondan yola düşəcəyi və sabah səhər və ya günortadan sonra İslamabada gələcəyi gözlənilir. Amerika mediasının məlumatına görə, Vens İslamabadda İranla sülh danışıqlarının ikinci mərhələsində Amerika nümayəndə heyətinə rəhbərlik edəcək.
İran ABŞ prezidenti Donald Trampın yenilənmiş təhdidlərini əsas gətirərək iştirakı ilə bağlı hələlik yekun qərar verməyib.