Vergi ombudsmanı xidməti baş idarəsi yaradılıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində vergi ombudsmanı xidməti baş idarəsi yaradılıb.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.

Məlumata görə, baş idarənin yaradılmasında əsas hədəf vergi orqanlarında vergi ödəyicilərinin hüquqların qorunması üçün preventiv tədbirlərin görülməsi və bu sahədə səmərəliliyin artırılmasıdır. Bu strukturun yaradılması sahibkarların qarşılaşdığı məsələlərin həllində onlara əlavə dəstək verilməsi məqsədi daşıyır.

Əvvəlki məqalə

Prezident İlham Əliyev Ağdərə rayonunun yaradılması haqqında Qanunu imzalayıb

Sonrakı məqalə

Kəlbəcər və Laçında 5 KSES-in bərpası üçün Türkiyənin iki şirkəti ilə müqavilə imzalanıb