Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilən İmişli Rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyevin oğlu işdən çıxıb. Unikal.org-un əldə etdiyi məlumata görə, Baş prokuror Kamran Əliyevin müvafiq əmri ilə  Məhəmməd Hacıyev öz ərizəsi ilə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Mühüm işlər üzrə müstəntiqi vəzifəsindən azad olunub.