“Bu gün prezident Zelenski ilə danışdım. Onun rəhbərliyini və ukraynalıların cəsarətini alqışladım. Vladimir, Kanada və bütün dünya sizi dəstəkləyir. Biz həmçinin prezident Putini mülki əhalinin ölümünə səbəb olan qanunsuz hücumları dərhal dayandırmağa çağırırıq”.
Azpost.info xəbər verir ki, Kanadanın baş naziri Castin Trüdo “Tvitter” səhifəsndə Ukraynaya dəstəyini ifadə edib. Baş nazir Rusiyaya qarşı sanksiyaları davam etdirəcəklərini də deyib: “Biz güclü sanksiyalar daxil olmaqla, Rusiyanı məsuliyyətə cəlb etmək üçün müttəfiqlər və tərəfdaşlarla işləməyə davam edəcəyik. Ukrayna xalqına dəstəyimiz sarsılmazdır!”.
Azpost.info