Vüqar Həşimovun partlayışda yaralanan atası vəfat edib

Azərbaycanın mərhum şahmatçısı Vüqar Həşimovun atası Qasım Həşimov vəfat edib.

Bu barədə Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

O, xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, 1949-cu il təvəllüdlü Qasım Həşimov Abşeron rayonu, Novxanı kəndində fərdi yaşayış evində partlayış baş verməsi nəticəsində xəsarət almışdı. Hadisə zamanı V.Həşimovun anası, 1959-cu il təvəllüdlü Aida Həşimova da xəsarət alıb.

Əvvəlki məqalə

Bu il 500 tələbə xaricdə təhsil ala biləcək

Sonrakı məqalə

DSX mayoruna hücum edən daha bir idmançı barəsində qərar verilib