Xəzər rayonunda silahlı şəxs saxlanılıb

Xəzər Rayon Polis İdarəsinin 1-ci polis şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əvvəllər məhkum olunmuş 1994-cü il təvəllüdlü Elnur Məmmədov saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, onun yaşadığı Şüvəlan qəsəbəsindəki evindən psixotrop maddə metamfetamin, 1 tapança, 17 patron və 2 bıçaq aşkarlanıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

E.Məmmədovun qanunsuz əməllərindən zərər çəkən şəxslər varsa, DİN-in “102” Xidməti Zəng Mərkəzinə və ya rayon polis idarəsinə müraciət edə bilərlər.

Əvvəlki məqalə

Sülhməramlıların çıxarılması barədə hər iki ölkənin rəhbərliyi qərar qəbul edib

Sonrakı məqalə

Gürcüstan prezidentinin ABŞ və Avropa səfirləri ilə təcili görüşü başlayıb