Xalq Artisti Eldar Quliyev dəfn edilib –

Prezident və birinci xanım Mehriban Əliyeva əklil göndərib FOTO
18 Aprel 2021 - 12:37

Xalq artisti, rejissor Eldar Quliyev dəfn olunub.

O, vəsiyyətinə uyğun olaraq “Qurd qapısı” qəbiristanlığında, həyat yoldaşının yanında dəfn edilib.

Pandemiya ilə əlaqədar ailəsi dəfndə kənar şəxslərin iştirak etməməsini xahiş edib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva xalq artisti, rejissor Eldar Quliyevin dəfn mərasiminə əklil göndərib.

Əklillər vəsiyyətinə uyğun olaraq “Qurd qapısı” qəbiristanlığında, həyat yoldaşı Anjela Quliyevanın yanında dəfn edilən rejissorun məzarı önünə qoyulub.

**

Azərbaycan Respublikasının Xalq artisti, tanınmış kinorejissor və ssenarist Eldar Quliyevlə vida mərasimi keçirilir.

Mərasim “Təzə Pir” məscidində təşkil olunub.

Qeyd edək ki, Xalq artisti Eldar Quliyev aprelin 16-da vəfat edib. O, yanvarın 18-də 80 illik yubileyi günü infarkt keçirərək xəstəxanaya yerləşdirilmişdi.(APA)