Xalq rəssamı Akif Əsgərov vəfat edib

Xalq rəssamı Akif İzzətulla oğlu Əsgərov vəfat edib.

Bu barədə Mədəniyyət Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilib ki, Azərbaycan mədəniyyətinə ağır itki üz verib, görkəmli heykəltaraş, pedaqoq, Xalq rəssamı Akif İzzətulla oğlu Əsgərov vəfat edib.

Mədəniyyət Nazirliyinin kollektivi Akif Əsgərovun vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.

Mərhum bu gün Bakıdakı “Qurd qapısı” qəbiristanlığında dəfn olunacaq.

Allah rəhmət eləsin!

Əvvəlki məqalə

Azərbaycan Ordusu Ermənistanın mövqelərinə atəş açmayıb

Sonrakı məqalə

Rusiya XİN çexiyalı diplomata etiraz notası təqdim edib