Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə Xankəndi şəhəri ərazisində yerləşən qarajların birindən 3,8 kiloqram çəkidə marixuana aşkarlanaraq götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, həmçinin şəhər ərazisindən 13 ədəd müxtəlif markalı avtomat silahı, 1 pulemyot, 11 tüfəng, 7 qumbara, 3 alışdırıcı, 25 patron darağı, müxtəlif çaplı 1718 patron və digər sursatlar aşkar olunaraq götürülüb.