Xilasedicilər 4 azərbaycanlı tələbənin olduğu dağılmış binaya girdilər

Malatyada xilasedicilər 4 azərbaycanlı tələbinin içində olduğu binaın içərisinə girməyi bacardılar. 
Azpost.info bildirir ki, bu barədə professor, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Dərnəyinin başqanı Aygün Attar yazıb.
Onun sözlərinə görə, xilasedicilər bir neçə günlük çalışmalardan sonra Malatyada dağıntılar altında qalmış dörd mərtəbəli binaya daxil ola biliblər.
“Bir saat içərisində vəziyyətin necə olması aydınaşacaq”.
Qeyd edək ki, Türkiyənin Malatya şəhərində baş vermiş zəlzələ nəticəsində 4 azərbaycanlı tələbə – Samir Quliyev, Şahin Verdiyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadə dağıntılar altında qalıb. Onlar Malatyada yerləşən İnönü Universitetinin tələbələridir.
Əvvəlki məqalə

Yardımlıdan yardım fotosu ilə gündəm olan qadın –

Sonrakı məqalə

“Zəlzələ 500 kilometrlik ərazidə dağıntılara səbəb oldu”