Yaponiyada futbol oynayan 18 məktəblini ildırım vurub

Yaponiyada futbol üzrə təlim-məşq toplanışı zamanı məktəbliləri ildırım vurub.

Bədbəxt hadisə aprelin 3-də Miyadzaki şəhərində universitetin ərazisində yerləşən futbol meydançasında baş verib. İki məktəbin şagirdləri şimşək çaxanda futbol oynayırdılar. Hadisə nəticəsində 18 şagird xəsarət alıb və xəstəxanaya yerləşdirilib. Onlardan ikisi ürək tutması keçirib və reanimasiyaya yerləşdirilib, vəziyyətləri ağır olaraq qalır.

Qeyd olunur ki, ildırım Tayvan yaxınlığında 7,5 bal gücündə güclü zəlzələ baş verəndən bir neçə saat sonra gənc futbolçuları vurub.

Azpost.info

Əvvəlki məqalə

Cəlilabadda həmkəndlisini güllələyən şəxs saxlanılıb

Sonrakı məqalə

Bu günə olan valyuta məzənnələri