Yeddi ay ərzində ölkədə araq və siqaret istehsalı artıb –RƏQƏMLƏR

2020-ci ilin yanvar-iyul aylarında Azərbaycanda istehsal edilən içkilərin miqdarı artıb.

Azərbaycanda araq istehsalı 31,5 %, konyak istehsalı 6,3 %, pivə istehsalı 13,1 %, alkoqolsuz içkilər istehsalı 2 % artıb.

Papiros və siqaretlərin istehsalı da həmçinin 65,3 % artıb.

Bununla yanaşı ölkədə fermentləşdirilmiş tütün və üzüm şərabının istehsalı azalıb. Belə ki, fermentləşdirilmiş tütün istehsalı ötən ilin eyni dövrünün 86,8 %-ni və üzüm şərabının istehsalı ötən ilin eyni dövrünün 36,2 %-ni təşkil edib.

Məhsul növləri 2020-ci ilin yanvar-iyul aylarında istehsal edilən Əvvəlki ilin müvafiq dövrünə nisbətən 01.08.2020-ci il vəziyyətinə hazır məhsul ehtiyatı
İçki məhsulları
Şampan şərabı, min dkl 0 0% 3,1
Araq, min dkl 1372,4 131,5% 248,5
Brendi (konyak), min dkl 13,5 106,3% 14,5
Üzüm şərabı, min dkl 128,6 36,2% 1026,1
Pivə, min dkl 3359,5 113,1% 212,8
Alkoqolsuz içkilər, min dkl 16338,1 102% 917,5
Tütün məmulatları
Fermentləşdirilmiş tütün, ton 2788,9 86,8% 1361
Papiros və siqaretlər, milyon ədəd 4007,5 165,3% 14,8
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ermənistan ordusunun Baş Qəraragh rəisi işğal altındakı Xocavəndə gəlib –

Sonrakı məqalə

“Barselona” yeni baş məşqçi ilə anlaşıb