“YPG terror təşkilatı Suriyanın şimalında 750 İŞİD-çini həbsdən azad edib". APA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan əcnəbi media nümayəndələri ilə görüşündə deyib. Türkiyə Prezidenti bildirib ki, 750 İŞİD-çidən 195-i Türkiyə Silahlı Qüvvələri tərəfindən tutulub. Tel Abyad və Rasulaynın terrorçulardan təmizləndiyini vurğulayan Ərdoğanın sözlərinə görə, YPG-nin 120 saat ərzində təhlükəsiz bölgədən geri çəkilməsinə ABŞ məsuliyyət daşıyır. “Həyatımız boyu terror təşkilatları ilə mübarizə aparacaq halımız yoxdur. Suriya rejimi də terror təşkilatları ilə mübarizə aparmalıdır”, - deyə Ərdoğan qeyd edib. O, Suriyanın şimalında 12 müşahidə məntəqəsinin qurulacağını da açıqlayıb.