Ukrayna prezidenti Zelenski Rəcəb tayyib Ərdoğanla danışıqlar üçün Türkiyəyə gəlib.
Bu barədə Zelenski öz Telegram kanalında bildirib.
Zelenski qeyd edib ki, prezidentlər NATO-nun Vilnüsdə keçiriləcək sammitindən əvvəl tərəflərin mövqelərinin əlaqələndirilməsi, Ukrayna üçün təhlükəsizlik təminatları, taxıl müqaviləsi və müəssisələr arasında müdafiə sahəsində əməkdaşlığı müzakirə edəcəklər.
Ərdoğan və Ukrayna Prezidenti Vladimir Zelenski arasında Vahidəddin köşkündə ikitərəfli görüş başlayıb.