Zelenskidən Rusiya-Ukrayna danışıqlarının nəticələri barədə ilk açıqlama

Vladimir Zelenski
Vladimir Zelenski

“Bütün tərəflər danışıqların nəticələrini öz paytaxtlarına məruzə etmək və gələcək addımları liderləri ilə əlaqələndirmək barədə razılığa gəliblər“.

AzPost bildirir ki, bunu Ukrayna prezidenti Zelenski Əbu-Dabidə keçirilmiş üçtərəfli Rusiya-Ukrayna-ABŞ danışıqlarının nəticələri barədə bildirib.

Prezidentin sözlərinə görə, tərəflər müharibənin sona çatması prosesinə Amerikanın nəzarət etməsi zəruriliyi başa düşürlər.

Qeyd edək ki, Rusiya, ABŞ və Ukrayna arasında Əbu-Dabidə sülh danışıqları başa çatıb. Üçüncü raundun gələn həftə keçirilməsi gözlənilir. Görüşün nəticələri səlahiyyətli nümayəndələr tərəfindən açıqlanacaq.

Rusiya nümayəndə heyətinə Baş Qərargah Baş İdarəsinin rəisi İqor Kostyukov rəhbərlik edirdi; Müdafiə Nazirliyinin digər nümayəndələri və Kirill Dmitriyev də iştirak edirdilər. Ukrayna nümayəndə heyətinə Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov, Prezident Aparatının rəhbəri Kirill Budanov və başqaları daxil idi. ABŞ-ı Trampın xüsusi elçisi Stiv Vitkov, Amerika prezidentinin kürəkəni Cared Kuşner və başqaları təmsil edirdi.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.