19 milyon dollarlıq sənət əsərləri İtaliyaya geri qaytarılır

Nyu-York polisi 19 milyon dollar dəyərində olan və oğrular tərəfindən talan edilən sənət əsərlərini İtaliyaya təhvil verəcək. Bu əsərlər içində ən qiymətlisi eramızdan əvvəl 200-cü ilə aid olan və hərb, zəfər ilahəsi Afinanın mərmər başıdır və onun dəyəri təxminən 3 milyon ABŞ dollarına bərabərdir. Əsər 1996-cı ildə İtaliyadakı məbəddən oğurlanıb.

BBC-nin məlumatına görə, oğrular Afinanın mərmər başını amerikalı milyarder Mixael Steinharta satıblar. ABŞ hüquq-mühafizə orqanlarının araşırmalarından sonra ona məxsus əşyaların talan edildiyi və qeyri-qanuni qaçaqmalçılıq yolu ilə gətirildiyi sübuta yetirilib. Ona antik əşyalar almaq qadağan edilib.

Amerikalı milyarder 2021-ci ildə 70 milyon dollar dəyərində xəzinəsini təhvil verdiyi üçün cinayət məsuliyyətinə cəlb edilməyəcək.

Əvvəlki məqalə

Avropa İttifaqı Rusiya ilə sadələşdirilmş viza rejimini dayandırır

Sonrakı məqalə

UEFA Çempionlar Liqasının birinci tura yekun vurulub –