30 il öncə şəhid olmuş Siyavuş İsmayılovun nəşinin qalıqları İmişlidə dəfn edilib

Otuz il əvvəl Füzuli uğrunda gedən döyüşlərdə canını fəda edən Vətən oğullarından biri də İsmayılov Siyavuş Eldar oğlu olub. Siyavuş naməlum şəhid kimi Beyləqanın Şəfəq qəsəbəsi ərazisində “Peyğəmbər” qəbiristanlığında dəfn olunmuşdu. Bir neçə gün əvvəl kimliyi məlum olan Siyavuş İsmayılovun nəşinin qalıqları İmişlidə torpağa tapşırılıb.

Şəhid Siyavuş İsmayılovun nəşi İmişlidə izdihamla qarşılanıb, ailəsinin yaşadığı Şahverdili kəndinə gətirilib. Şəhidlə vida mərasimi keçirilib, cənazə namazı qılınaraq şəhidlərimizin ruhuna dualar oxunub.

Daha sonra şəhidin nəşi kənd məzarlığına gətirilib. Dəfn mərasimində şəhidin ailə üzvləri, yaxınları ilə yanaşı, hökumət və ictimaiyyət nümayəndələri, rayon sakinləri, qazilər, şəhid ailələri, döyüş yoldaşları, media nümayəndələri iştirak ediblər. Dəfn zamanı şəhidlərimizin ruhuna dualar oxunub, “Şəhidlər ölməz, Vətən bölünməz” şüarı səsləndirilib. Şəhid Siyavuş İsmayılov torpağa tapşırılıb.

Qeyd edək ki, şəhid İsmayılov Siyavuş Eldar oğlu Göyçə mahalının Basarkeçər rayonunun Məzrə kəndində dünyaya göz açıb. Sonra sürgün nəticəsində ailəsi ilə bərabər İmişlinin Şahverdili kəndində məskunlaşmışdı.

Əvvəlki məqalə

“Hərbçilərin sosial təminatı üzərində işləmək lazımdır” –

Sonrakı məqalə

Prezident İlham Əliyev Millətlər Birliyinin baş katibini qəbul edib