5 ayda ölkəyə 33 milyon dollarlıq ət, 41 milyon dollarlıq yağ idxal olunub

Bu ilin yanvar-may aylarında 17,9 min ton ət idxal edilib.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, idxal edilən ətin dəyəri 33,1 milyon dollar olub. Xatırladaq ki, ötən ilin eyni dövründə dəyəri 26,7 milyon dollar olmaqla 15,3 min ton ət idxal edilib.

Hesabat dövründə süd və qaymaq idxalında artım olub. Belə ki, beş ayda 4 min 988 ton süd və qaymaq idxal edilib. İdxalın dəyəri 10,7 milyon dollar olub. Ötən ilin müvafiq dövründə dəyəri 6,6 milyon dollar olan 4 min 482 ton süd idxalı həyata keçirilib.

Kərə yağı və süddən hazırlanmış digər yağların idxalında isə azalma olub. Bu müddətdə 7 min 484 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edilib ki, bunun dəyəri 41,3 milyon dollar olub. Ötən il 49,6 milyon dollarlıq 8 min 927 ton kərə yağı və süddən hazırlanmış digər yağların idxalı həyata keçirilib.

Beş ayda 179,9 min ton tərəvəz və meyvə idxal edilib. İdxal olunan tərəvəz və meyvənin dəyəri 113,3 milyon dollar olub. Keçən il dəyəri 119,3 milyon dollar olmaqla 209,7 min ton tərəvəz və meyvə idxal edilib.

Bitki və heyvan mənşəli piylər və yağların idxalında da azalma baş verib. Hesabat dövründə 59,4 min ton bitki və heyvan mənşəli piylər və yağlar idxal edilib. İdxalın dəyəri 82 milyon dollar təşkil edib. 2022-ci ilin eyni dövründə 119,6 milyon dollarlıq 73,2 min ton bitki və heyvan mənşəli piylər və yağlar idxal olunub.

Əvvəlki məqalə

Hava ilə bağlı xəbərdarlıq edilib

Sonrakı məqalə

“Münasibətlərimiz ən aşağı səviyyədədir” –