Azərbaycanda fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkilərində 95 nəfər mübarizəni dayandırıb. Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında bildirib. MSK sədri deyib ki, seçkilərdə 19 siyasi partiyanın üzvləri təmsil olunur. Ümumilikdə 1542 nəfərin deputatlığa namizədliyi qeydə alınıb.