Ələt-Astara magistralında mikroavtobusla “KamAZ” toqquşub

Ələt-Astara magistralında ölümlə nəticələnən qəza baş verib.

Hadisə Ələt-Astara magistralının Salyan rayonunun Şorsulu kəndinin ərazisindən keçən hissəsində qeydə alınıb. “Mercedes Sprinter” markalı 99 JT 145 dövlət nömrə nişanlı avtomobil “KamAZ” markalı 42 BT 295 dövlət nömrə nişanlı avtomobilə çırpılıb. Nəticədə 1 nəfər hadisə yerində ölüb, 3 nəfər xəsarət alıb. Yaralılar Salyan rayon xəstəxanasına yerləşdirilib. Hadisə yerinə FHN-in Salyan rayon yanğından mühafizə xidmətinin xilasediciləri cəlb olunub. Avtomobildə sıxılıb qalmış sərnişini xüssi avadanlığın köməyi ilə avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Faktla bağlı BDYP tərəfindən araşdırma aparılır.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir