Azərbaycanlı qız Misirdə buz üzərində “Uzundərə”ni rəqs etdi –VİDEO

Misirin Şarm əl-Şeyx kurort şəhərində müxtəlif ölkələrdən olan fiqurlu konkisürmə ustalarının və həvəskarların iştirakı ilə festival keçirilib.

AZƏRTAC xəbər verir ki, dünyanın müxtəlif ölkələrindən gəlmiş turistlərin böyük maraq göstərdikləri festivalda azərbaycanlı qız Fərah Məhəmməd buz üzərində “Uzundərə” rəqsini ifa edib.

Milli geyimdə olan Fərahın qüsursuz ifası və buz üzərində mükəmməl texniki bacarığı tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Festivalda gənc Fərahın ifasına tamaşa edənlər arasında Şarm əl-Şeyxdə istirahət edən azərbaycanlı turistlər də olub.

Əvvəlki məqalə

“Elə edəcəyik ki, qabaqda ancaq yaxşı günlər olsun” –

Sonrakı məqalə

“Türkiyənin artan gücü bizi gücləndirir” –