Bakı Dövlət Sirkinin direktoru istefa verib

Bakı Dövlət Sirkinin direktoru Elmir Hüseynov işdən çıxıb.

Bu barədə APA-ya Sirkin sosial media meneceri Gülşanə Mustafayeva xəbər verib.

O bildirib ki, Elmir Hüseynov öz ərizəsi ilə işdən ayrılıb: “Elmir müəllim iyun ayının 1-dən işdən çıxması ilə bağlı ərizə yazıb. Hazırda sirkin idarə edilməsi direktor müavini Nahid Ağayevə həvalə olunub”.

Qeyd edək ki, bu barədə ilk xəbəri bakupost.az verib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.